Bakının Qaradağ rayonunda 2 nəfərin ölümü və 5 nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası ilə əlaqədar cinayət işi başlanıb

Bakının Qaradağ rayonunda 2 nəfərin ölümü və 5 nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O bildirib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, istintaq tədbirləri davam etdirilir.

***

Qaradağ rayonunda minik avtomobillərinin sərnişin avtobusu ilə toqquşması nıəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə,ölənlərin və xəsarət alanlarının adları hələlik müəyyən olunmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə APA-ya açıqlamasında deyib ki, hadisə barədə bu gün saat 07:37-də məlumat daxil olub. Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun sözlərinə görə, 2 nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə aparılıb.


***

Bu gün səhər Qaradağ rayonu ərazisində minik avtomobilləri sərnişin avtobusu ilə toqquşub.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “Daewoo” və “Mercedes” markalı minik avtomobillərinin “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində “Daewoo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Şükürov Saleh Məmmədbağır oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri