Bakıda iki qardaş avtomobildə güllələnib

Bakıda iki qardaş avtomobildə güllələnib Bakıda silahlı insident baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri