İsmayıllı-Bakı magistralında 10-dan çox avtomobil yolda qalıb

Ismayıllıya yağan qar magistral
yolda nəqliyyatın hərəkətində
problemlər yaradıb.
Hadisə şahidlərinin APA-ya verdiyi
məlumata görə, İsmayıllı-Bakı
magistral yolunun Zərgəran kəndi
ərazisində yol səthini qar örtüb.
Nəticədə 10-dan çox maşın yolda
qalıb.
Baş Dövlət Yol Polisi İdarəsinin
(BDYPİ) ictimai qurumlarla əlaqə
şöbəsinin rəisi Kamran Əliyev isə
APA-ya bildirib ki, qar yağmasına
baxmayaraq, respublikanın
avtomobil yollarında buzlaşma
hələlik qeydə alınmayıb.
K.Əliyev Muğanlı-İsmayıllı yolunda
qar və güclü külək olduğunu bildirib:
“Göstərilən istiqamətdə yolun hər an
buzlaşa biləcəyini nəzərə olaraq o
istiqamətdə hərəkət edən sürücülərə
diqqətli olmağı və hər iki oxu aparıcı
olan nəqliyyat vasitələrindən istifadə
etməyi tövsiyə edirik”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri