Goranboyda iki avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bu gün Goranboy rayonunun Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) VAZ markalı minik avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin, 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri