Bakıda yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb

Bakıda baş verən yanğında yanaraq ölən azyaşlı uşağın kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, Ramana qəsəbəsində 1 mərtəbəli fərdi yaşayış evində baş verən yanğın 50 kv/m ərazini əhatə edib. Yanğın kəşfiyyatı zamanı mənzildən 2012-ci il təvəllüdlü Zeynəb Ümid qızı Əliyevanın yanmış meyiti aşkar edilib.

Hazırda hadisə yeri müayinə edilir.


***


Bakıda yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu, Ramana qəsəbəsi, Elşən Məhərrəmov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra 3 yaşlı uşağın yanmış meyiti tapılıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri