Lənkəranda 2 yaşlı oğlunu boğaraq öldürən ana barədə yeni faktlar üzə çıxıb

Lənkəranda 2 yaşlı oğlunu boğaraq öldürən ananın həyat tərzi, törətdiyi qətllə bağlı əlavə təfərrüatlar üzə çıxıb.

APA-nın məlumatına görə, hadisəni törətmiş 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva bildirib ki, onun kirəkeşi iki ay öncə həyətdəki yardımçı yay mənzilində məskunlaşıb. Ötən müddətdə S.Bayramovanın uşağına etinasız münasibət bəsləməsi ev sahibəsinin gözündən yayınmayıb və bununla əlaqədar dəfələrlə ona öyüd-nəsihət verib. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib: "Dedi ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib, doğru deyib bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey görməmişəm".

Məlumata görə, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı dünyasını dəyişdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Lənkəran rayonunun Dugah kəndində uşaq ölümü faktı qeydə alınıb. Kənddə kirayədə yaşayan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramova 2 yaşlı oğlu Məhəmmədi halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq bu barədə rayonun hüquq mühafizə orqanlarına məlumatlandırıblar. Ana uşağının qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib. İstintaqa verdiyi ifadəsində qadın övladını boğaraq öldürdüyünü etiraf edib.

Sevinc Bayramova hüquq mühafizə orqanları tərəfindən saxlanıllıb. Qatil ana övladını öldürməsinə səbəb kimi uşağın ona sərbəst yaşamasına maneçilik törətdiyini göstərib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

****

Lənkəran rayonunda uşaq ölümü faktı baş verib.

APA-nln xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri