Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinə yeni idarə rəisləri təyin edib

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən, Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl İdarədə yoxlamalar aparılıb və bir neçə vəzifəli şəxs vəzifələrindən azad olunub.

Yoxlamaların DİN-in əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri