PETKİM “Petlim Limançılıq” şirkətinin səhmlərinin 30 faizini ABŞ-a satıb

Türkiyənin PETKİM (Petrokimya Holding A.Ş.) özünün “Petlim Limançılıq” şirkətinin səhmlərinin 30 faizini ABŞ-ın iyi kommersiya bankı “Goldman Sachs”a satıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə PETKİM tərəfindən birjaya göndərilən açıqlamada bildirilib. “Petlim”in səhmlərinin 30 faizi ABŞ tərəfinə 250 milyon dollara satılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) PETKİM-in nəzarət səhm paketinin (61,32%) sahibidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri