Şəkidə mənzildən bir neçə gün əvvəl ölmüş 37 yaşlı qadının meyiti aşkarlanıb

Şəkidə mənzildən bir neçə gün əvvəl ölmüş qadın meyiti tapılıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qadın meyiti Şəki şəhəri, Fətəli Xan Xoyski küçəsi ev 87 ünvanında aşkarlanıb. Həmin ünvanda yaşayan, 1977-ci il təvəllüdlü Pərvanə Kamil qızı Əzizovanın qonşuları Pərvanə Əzizovanı bir-neçə gün görmədikləri barədə Şəki ŞRPŞ-ə müraciət ediblər. Şəki ŞRPŞ-nin və rayon prokurorluğunun əməkdaşları müraciət əsasında sözü gedən ünvana gedərək evə baxış keçirən zaman 37 yaşlı Pərvanə Əzizovanın meyitini aşkar ediblər.

İlkin müayinə zamanı meyitin üzərində heç-bir zorakılıq əlamətləri aşkar edilməyib, mərhumun 2-3 gün əvvəl öldüyü müəyyən olunub. Məlumatda bildirilir ki, mərhum Pərvanə Əzizova həmin ünvanda tənha yaşayıb və ruhi xəstə olub. Pərvanə Əzizovanın ölümünün dəqiq səbəbini aparılacaq tibbi ekspertizanın rəyindən sonra söyləmək mümkün olacaq.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri