DİN: Bərdədə keçirilən əməliyyata xüsusi təyinatlı polis qüvvələri cəlb olunub

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda keçirilən əməliyyat barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri