Bakıda minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər ölüb

Bakıda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində “VAZ” avtomobilinin sürücüsü və iki nəfər şəxsiyyəti məlum olmayan sərnişinlərin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:21-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri