Qubada evə basqın olub, ev sahibinin bacısı bıçaqlanıb

Bu gün Quba rayonunda evə basqın hadisəsi olub.

Evinə basqın edilən Boris Simanduyev APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.

B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

Quba rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hələlik saxlanılan yoxdur.

Xatırladaq ki, B.Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri