Beyləqan rayonunda azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Beyləqanda azyaşlı uşağın əli ətçəkən maşında qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar. Əməliyyat saat 01:08-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri