Quba-Qonaqkənd avtomobil yolunda iki körpü tikiləcək
- 24.11.2014, 19:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Quba-Qonaqkənd avtomobil yolunun 35 və 36-cı km-də iki yeni körpünün tikintisi başa çatdırılıb.
Biraşırımlı körpülərin uzunluğu 30 metr, qabariti isə 9,5 metrdir.
Bu barədə APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.
Hazırda yolun 41-ci km-də yeni körpünün tikintisi işləri davam etdirilir. Uzunluğu 27,3 metr, qabariti 9,5 metr nəzərdə tutulan körpüdə 1-ci dayağın gövdəsinin tikintisi başa çatmaq üzrədir, 2-ci dayağın isə karkası qurulur. Yaxın həftə ərzində sözügedən dayağın betonlanma işlərinə başlanılacaq.
Yolun yenidən qurulması çərçivəsində əlavə iki yeni körpünün tikintisi, 3 mövcud körpünün sökülərək yenisi ilə əvəzlənməsi planlaşdırılır.
Qeyd edək ki, Quba-Qonaqkənd avtomobil yolu 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini özündə birləşdirir.