Bakıda yol polisi əməkdaşına xəsarət yetirən şəxs tutulub

Bakıda yol polisi əməkdaşına xəsarət yetirən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Polisi inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü  Namik Xanəliyev  saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri