Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının dayandırılmasına dair məlumat doğru deyil

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisinin dayandırılması haqqında məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, yaxın günlərdə bu məsələ üzrə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, BTQ Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Layihəni 2015-ci ildə başa çatdırmaq planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri