Xaçmaz peşə məktəbinin qarşısında 20 yaşlı gənc qətlə yetirilib

Bu gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Nəbiyev Polad Rafiq oğlu bıçaqlanıb. P. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri