Bakıda ev yanıb, xəsarət alan var

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ev sahibi yanıq xəsarəti ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri