Bakıda mağazalardan içərisində 120 min manat pul olan seyfləri oğurlayan şəxslər tutulub

Bakıda mağazalardan içərisi pulla dolu seyfləri oğurlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55 000 manat, oktyabrın 13-də B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65 000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinən – Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulublar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri