Bakıda iki piyadanı maşın vurub

Bakı şəhərində iki piyadanı maşın vurub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakini Emil Rüstəmov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakini Rüstəm Rüstəmovu və 25-30 yaşlı naməlum qadını vurub. Nəticədə qadın hadisə yerində ölüb, R. Rüstəmov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri