Azərbaycan avstriyalı iş adamını İnterpol xətti ilə axtarışa verib

Azərbaycan avstriyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Avstriya vətəndaşı, 67 yaşlı Reyter Maksimilyan Pottenşteyn vergidən yayınmada təqsirləndirilir. Azərbaycanı tərk etdiyi üçün hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edib.

APA-nın əldə etdiyi məlumata görə, Reyter Maksimilyan Pottenşteyn Azərbaycanda bizneslə məşğul olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri