Sabirabadda baş verən avtoqəzada bir nəfər ölüb

Sabirabadda baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər yaralanıb.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 9-da Sabirabad rayonun Güdəcünür kəndi ərazisindən ölümlə nəticələnən avtoqəza baş verib.

Rayonun Güdəcühür kənd sakini, 1982-ci il təvəllüdlü Baxişov Coşqun Yadulla oğlu idarə etdiyi “VAZ-2106” markalı 10 GP 610 dövlət nömrə nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Səlimov Zamin Davud oğlunun idarə etdiyi “Mercedes” markalı 10 UX 281 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb. Sürücünün cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 2006-cı il təvəllüdlü Səlimov Canpolad Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri