Bakının mərkəzində "Mercedes" işıq dirəyinə dəyərək aşdı

Bakıda axşam saatlarında "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanası qarşısında baş verən yol qəzası zamanı işıq dirəyi aşıb. Eyni zamanda zərbə nəticəsində "Mercedes" markalı minik avtomobil aşıb.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hazırda Bakı şəhər Təcili Tibb briqadası hadisə yerindədir.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri