Bakıda 17 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Paytaxtda qətl hadisəsi törədən şəxs tutulub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat axtariş tədbirləri nəticəsində Şamo Nizami oğlu Yunisovu qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü Sərxan İltizam oğlu Çobanov tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri