Bakıda idmançılar üçün otel tikiləcək

Səbail rayonunun Badamdar qəsəbəsində tikilən idman kompleksinin yaxınlığında idmançılar üçün otel inşa ediləcək.


APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, rayon icra hakimiyyətindən bildiriblər ki, otel üçün torpaq sahəsi ayrılıb. Layihəyə görə, 5 mərtəbəli otelin ümumi sahəsi 4500 kvadratmetr olacaq. Burada idmançılar üçün lazımi şərait yaradılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri