Ağstafada sərnişin avtobusu minik avtomobili ilə toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus “PAZ” markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov dünyasını dəyişib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:55-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri