Daxili işlər nazirinin müavini təqaüdə göndərilib

Azərbaycanın daxili işlər nazirinin müavini Əsgər Ələkbərov təqaüdə göndərilib.

APA-nın məlumatına görə, bununla bağlı ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə göndərildiyi bildirilib.

Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən daxili işlər nazirinin müavini olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri