Rövnəq Abdullayev: “Neft ucuzlaşmağa davam edərsə, Dövlət Neft Şirkəti xərclərin azaldılması məsələsinə baxacaq”

“Neftin qiyməti ucuzlaşmağa davam edərsə, Azərbaycan Dövlət Neft Şirkəti xərclərin azaldılması məsələsinə baxacaq”.

APA-nin xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev bildirib ki, neftin qiyməti ucuzlaşmağa davam edərsə, şirkət kapital qoyuluşlarını azalda bilər: “Dövlət Neft Şirkəti öz büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini 2015-ci il üçün bir barel üzrə 100 dollardan aşağı götürməyi nəzərdə tutub”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri