Hacıqabulda avtobusla minik avtomobili toqquşub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı-Qazax yolunun 144-cü kilometrliyində baş vermiş yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

APA-nın verdiyi məlumata görə, “VAZ 2106”da olan şəxslər bir ailənin üzvləri olublar.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Sabirabad rayon Kovlar kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlu və 2014-cü il təvəllüdlü Rəsulov Fehruz Hasil oğlu dünyasını dəyişib.

Sərnişinlər - 1961-ci il təvəllüdlü Rəsulova Sara Ağalar qızı, 2010-cu il təvəllüdlü Həmzəyev Əli Sadiq oğlu və 1983-cü il təvəllüdlü Həmzəyeva Xeyransa Fehruz qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qeyd edək ki, qəza nəticəsində “VAZ-2106” iki yerə parçalanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri