Bakıda satıcını tapança ilə hədələyən şəxs həbs edilib

Bakı sakinindən odlu silah götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Bakı şəhər sakini Arzun Şükürov Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə müraciət edərək, həmin gün ona məxsus mağazaya gəlmiş paytaxt sakini Rauf Kərimova spirtli içki satmaması ilə əlaqədar sonuncu tərəfindən tapança ilə hədələndiyini bildirib.

26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılıb, ondan nömrəsi silinmiş “Makarov” markalı tapança götürülüb, habelə onun sərxoş halda olması müəyyən edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri