“McDonalds”ın Bakı nümayəndəliyinin rəhbərinin oğlu avtomobil qəzasında ölüb

Bakıda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də saat 18:00 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.
 
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur. Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri