Gəncədə güclü külək irigövdəli ağacı aşırıb

Gəncədə külək fəsadlar törədib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün günorta saatlarından başlayaraq Gəncədə əsən güclü külək şəhərin bəzi küçələrində fəsadlara yol açıb. Külək Cavad Rəfibəyli küçəsində irigövdəli ağacı kökündən qopararaq aşırıb. Xoşbəxtlikdən həmin vaxt yaxınlıqda heç kim olmayıb.

Güclü külək şəhərin elektrik və qaz təsərrüfatında elə də ciddi problemlər yaratmayıb. Ancaq sözügedən küçədə nəqliyyatın hərəkəti müvvəqqəti olaraq dayanıb.
Hazırda aidiyyəti strukturlar müvafiq tədbirlər görürlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri