Bakıda 55 yaşlı kişi qətlə yetirilib

Bakıda qətl hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Nəriman oğlu Rəhimov aralarında yaranan münaqişə zəminində 1959-cu il təvəllüdlü həmyerlisi Rahib Tağı oğlu Xalfayevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən V.Rəhimov tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri