Ağcabədidə yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub

Ağcabədi rayonunun Təzəkənd kəndində baş verən yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyən olunub.

APA-nın xəbərinə görə,  Zərdab rayonu Gödək Qobu kənd sakini, 1978-ci il təvəllüdlü Əzizov Şəmistan Aydın oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını Bərdə rayonunun Xəsilli kənd sakini, 1978-ci il təvəllüdlü Salmanov Əvəzxan Qədir oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ 21099”da olan sərnişinlər, Gödək Qobu kənd sakinləri - 1978-ci il təvəllüdlü Babayev Vüqar Sərhad oğlu, 1988-ci il təvəllüdlü Eminov Rüfət İsrail oğlu, 1989-cu il təvəllüdlü Quliyev Bəhruz Nazim oğlu, Əzizov Rasim Aydın oğlu dünyasını  dəyişib. Hər iki sürücü isə ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisəyə “VAZ 21011”in yol hərəkət qaydalarına riayət etmədən qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması səbəb olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri