DİN: Şamaxıda baş verən yol qəzasında içərisində 4 nəfərin öldüyü avtomobildən narkotik tapılıb

Daxili İşlər Nazirliyi (DİN) Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində qeydə alınıb.
 
Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
 
Nəticədə Ə. İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.
 
Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri