Azərbaycan prezidenti Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində bərə terminalının açılışında iştirak edib

Bu gün Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.

APA- nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
 
Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.
Sonra prezident mərasimdə çıxış edib.
 
Mərasimdə həmçinin nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.
 
Daha sonra dövlət başçısı terminalı işə salıb. Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri