"Azərbaycan Hava Yolları"ndan xüsusi aksiya

"Azərbaycan Hava Yolları"ndan xüsusi aksiya "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Nyu-York-Bakı və əks istiqamətdə aviareyslər üzrə xüsusi aksiya keçirir. Trend xəbər verir ki, bu barədə cümə günü AZAL-ın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, aksiya çərçivəsində Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviabiletin dəyəri 599 avro, Nyu-York-Bakı-Nyu-York marşrutu üzrə isə 799 ABŞ dolları təşkil edəcək.

Aksiyanın şərtləri aşağıdakılardır: uçuş və satış tarixləri 15.09.14 - 28.03.2015; aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir; bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur; yerlər məhdud olar bilər; maksimal qalma müddəti bir aydır.

AZAL Bakı-Nyu-York-Bakı marşrutu üzrə müntəzəm birbaşa aviareysləri sentyabrın 24-dən açır.

Heydər Əliyev Beynəlxalq Hava Limanında AZAL təyyarələri ilə Nyu-Yorkun Con Kennedi adına (JFK) aeroportuna uçuşlar hər həftə çərşənbə və şənbə günləri Bakıdan yerli vaxtla saat 06:00-da həyata keçiriləcək. Təyyarə Nyu-Yorka yerli vaxtla saat 09:30-da enəcək.

Nyu-Yorkdan Bakıya uçuşlar həftənin həmin günləri yerli vaxtla saat 11:30-da, Bakıdan uçuş isə ertəsi gün saat 08:00-da həyata keçiriləcək.

Bakıdan Nyu-Yorka birbaşa uçuş AZAL-ın müasir tarixində əlamətdar hadisədir və yeni, keyfiyyətcə daha yüksək inkişaf səviyyəsinə keçiddir.

Reyslər orta magistral uçuşlar üçün nəzərdə tutulan "Airbus-340" avialayenerləri ilə yerinə yetiriləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri