Nabrandakı istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkar edilib

Xaçmaz rayon sakininin Nabran qəsəbəsində işlədiyi istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Ramid Rəsulov saxlanılıb.

Onun gəlir əldə etmək məqsədi ilə Nabran qəsəbəsində işlədiyi istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri