Xaçmazda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, qəza rayonun Pirquluoba kəndi ərazisində qeydə alınıb. Tarverdiyev Samir Mustafa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Cəbrayılov Vahid Vaqif oğlunun idarə etdiyi eyni markalı avtomaşın toqquşub.
 
Qəza nəticəsində hər iki maşında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar –Xaçmaz rayonu, Pirquluoba kənd sakinləri 1982-ci il təvəllüdlü Tarverdiyev Samir Mustafa oğlu, 1992-ci il təvəllüdlü Tarverdiyev Rəşad Tarıverdi oğlu və Bakı şəhərinin Qobustan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Qədirov Kamran Xudaverdi oğlu, 1985-ci il təvəllüdlü Cəbrayılov Vahid Vaqif oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Elvin Ağacəfəroğlu, İmamquliyev Əlsafa Ramiz oğludur.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri