FHN: Xırdalanda binada baş vermiş partlayış nəticəsində dağıntılar altından 9 nəfər xilas edilib, 2 nəfərin isə meyiti çıxarılıb

Xırdalanda binada partlayış baş verib, iki nəfərin xilas edilməsi işləri davam etdirilir.


Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, stansiyanın həkim briqadası tərəfindən hadisə zamanı xəsarət almış 2 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb.

Bundan əlavə, Xırdalan Şəhər Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən daha 5 nəfərə ilkin tibbi yardım göstərildiyi bildirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri