Bakıda baş verən yol qəzasında sürücü və həyat yoldaşı ölüb

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Korgöz qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Şıxzadə Zabil oğlu Əliyevin idarə etdiyi 12 BD 227 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə 1972-ci il təvəllüdlü Elxan Telman oğlu Cabbarovun idarə etdiyi 90 JD 223 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili  toqquşub.
 
Qəza zamanı minik avtomobilinin sürücüsü və həyat yoldaşı, 1973-cü il təvəllüdlü Yeganə Musa qızı Əliyeva hadisə yerində ölüblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri