Bakıda toydan çıxan kişini maşın vurub

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

“Mercedes” markalı 90 KC 452 dövlət nömrə nişanlı avtomobil piyada 46 yaşlı Yura Məmmədovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, piyada sərxoş olub və yaxınlıqdakı restoranlardan birində toydan çıxıbmış. Lakin “Mercedes”in də yeksək sürətlə idarə edildiyi bildirilir.

Faktla bağlı Nozami Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri