Sabirabadda 4 yaşlı uşaq gölməçədə boğulub

Sabirabadın Qasımbəyli kəndində 4 yaşlı uşaq həyətyanı sahədə qazılmış gölməçəyə düşərək boğulub.

APA TV-nin məlumatına görə, valideynlərinin gözündən yayınaraq gölməçəyə düşən 2010-cu il təvəllüdlü Umudov Səid Raman oğlunun cəsədini babası Cəmaləddin Umudov sudan çıxarıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri