Şəmkirdə qətl hadisəsi baş verib, ölənin anası qətli törədən şəxsin evini yandırıb

Daxili İşlər Nazirliyi Şəmkirdə törədilən qətlə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində kənd sakini Vüqar Əliyev münaqişə zəminində Zəyəm qəsəbə sakini Pərvin Tanrıvediyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Əliyev tutulub.

P. Tanrıverdiyevin qətlə yetirilməsi ilə əlaqədar onun anası Vəfa qisas məqsədilə Vüqar Əliyevin evini yandırıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


*****

Şəmkirdə iki nəfər arasında yaranan mübahisə bir nəfərin ölümünə səbəb olub.

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 13-də axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib. Kənd sakini, 22 yaşlı Vüqar Məhərrəm oğlu Əliyev mübahisə zəminində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Nəbi oğlu Tanrıverdiyevi bıçaqlayıb.

P. Tanrıverdiyev hadisə yerində ölüb.

V. Məhərrəmov isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qətli törədən Vüqar Əliyevə məxsus 169 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb.

Yanğının ölən P. Tanrıverdiyevin qohumları tərəfindən törədildiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda və Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri