Bakıda ana və qızın dəhşətli intiharının bəzi təfərrüatları məlum olub

Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.
 
Yasamal rayon prokuroru Həsrət Pirməmmədov APA-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: “Bağışlayın, özümü öldürürəm” sözlərini qeyd edib.
 
Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil: “Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq”.
 
Yasamal rayon Polis İdarəsindən APA-ya bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb. 
 
Şərhlər
Hadisə bölməsinin xəbərləri