Şəmkir sakini xalası qızının həyat yoldaşını qətlə yetirib

Şəmkirdə bir-birini bıçaqlayan şəxslərin qohum olduğu məlum olub.

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Belə ki, rayonun Təzəkənd kənd sakini, 25 yaşlı Əzəmət Həsənov xalası qızının həyat yoldaşı, Ağsu rayon sakini 26 yaşlı Tural Ələkbərovla mübahisə edib.

Tural Əkbərov əvvəlcə Əzəmət Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra Əzəmət Həsənov Tural Ələkbərovu bıçaqlayıb. Nəticədə Tural Ələkbərov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

Əzəmət Həsənov isə bir neçə bıçaq yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri