ARDNŞ Türkiyənin "Star" mediaholdinqdə malik olduğu iştirak payını satması məsələsinə aydınlıq gətirdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) beynəlxalq biznes şirkətidir. İqtisadi səmərəliliyindən asılı olaraq, ARDNŞ müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır.

Bunu şənbə günü Trend-ə ARDNŞ-nin Türkiyədəki "Star" mediaholdinqində malik olduğu payın satılması haqqında mətbuatda getmiş xəbərləri şərh edərkən şirkətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev bildirib.

Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.
İndiyədək müxtəlif mətbuat orqanlarında "Star" mediaholdinqinin ARDNŞ tərəfindən idarə olunması haqda getmiş xəbərlər şirkət tərəfindən təkzib olunmuş və holdinqin idarəçiliyində ARDNŞ-nin iştirak etmədiyi bildirilmişdir. Görünür, şirkət "Star" mediaholdinqinin idarəetməsini reallaşdırmadan oradakı aktivlərini satmaq qərarına gəlmişdir.

Nizaməddin Quliyev ARDNŞ-nin bu holdinqdə malik olduğu iştirak payının satışının reallaşdırılması haqda gedən xəbərləri dolayısı ilə təsdiq edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri