Bakıda qətl törədilib

Bakıda qətl törədilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.

İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri