Qəbələdə iki minik avtomobili toqquşub, iki nəfər ölüb

Bakı-Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində vətəndaşlara məxsus “Mercedes” markalı 2 minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri