Sibel Can Bakıda çıxış edib

Xəbər verdiyimiz kimi Sibel Can avqustun 2-si Bakıya gəlib. O, məclislərin birində iştirak edib.


Türkiyəli ifaçı həmin gün səhər saatlarında sosial şəbəkədə yeni fotosunu paylaşaraq “Səfər var” sözlərini yazmışdı.


Prodüser Tolik müğənni ilə birgə fotosunu paylaşaraq onun Bakı səfərini təsdiqləmiş oldu:


“Sənətinə hörmətim var idi. Amma insanlığına bayıldım. Bakıya məclisə gəlmişdi. Elə səssiz gəlib getdi ki… Heç kimə də piyar eləmədi. Çünki buna ehtiyacı yoxdur... Yaxşı ki, məclisdə bəzi bozbaş müğənnilər yox idi, çəkib həmin günü internetə qoyardılar”.


Sibel Can Bakıda çıxış edib
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri